Sizi doğum gününüz münasibəti ilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycanın opera səhnəsində yaratdığınız Məcnun, Kərəm, Aşıq Qərib, Camal kimi obrazlarla xalqın yaddaşına ömürlük həkk olunmusunuz. Bundan başqa, ifasında bütün muğam dəstgahları səslənən, lentə alınaraq AzTR Fonduna daxil olunmuş az sayda sənətkarlardansınız.
Siz təkcə təkrarolunmaz ifalarınız, muğam bilicisi olmağınızla deyil, pedaqoq kimi də sevilirsiniz. Muğam sənətinin sirlərini davamçılarınıza öyrətməklə, bu sənətin yaşamasında böyük xidmət göstərmisiniz.
Sizi bir daha təbrik edir, cansağlığı arzulayıram.