Azərbaycanın ilk müstəqil çap orqanı olan "Azadlıq" qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 32 il ötür.
Baş redaktoru böyük ziyalı, peşəkar jurnalist Nəcəf Nəcəfov olan "Azadlıq" qəzetinin birinci sayı 1989-cu il 24 dekabr tarixində çıxıb.
Azərbaycan Xalq Cəbhəsinin orqanı olan "Azadlıq" 1993-cü ildə AXC təsisçilyindən imtina edərək, qəzeti kollektivə verməsilə müasir Azərbaycan tarixinə həm də ilk müstəqil qəzet kimi düşüb.
"Azadlıq" demokratiya, insan haqları və söz azadlığı ideyalarına xidmət edən qəzet kimi yaddaşlarda qalıb.
Milli Azadlıq hərəkatında "Azadlıq" qəzetinin danılmaz xidmətləri olub.
Azərbaycan Yüksəliş Partiyası "Azadlıq"ın qurucularını sayğı ilə yad edir, qəzetin kollektivini təbrik edərək uğurlar diləyir.