Bu gün Azərbaycan Yüksəliş Partiyası Baş Məclisinin üzvü Vüqar Lətiflinin doğum günüdür.
Vüqar Lətifli gənc yaşlarından aktiv ictimai-siyasi fəaliyyətə başlayıb, Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub, müxtəlif təşkilatların işində yaxından iştirak edib.
O, təsis olunduğu ilk gündən AY Partiyanın sıralarına qoşulub, partiya quruculuğunda böyük xidmətlər göstərib.
Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyi və üzvləri Vüqar Lətiflini doğum günü münasibətilə təbrik edir, şəxsi həyatında cansağlığı, ictimai-siyasi fəaliyyətində uğurlar diləyir.