Bu gün Azərbaycan Yüksəliş Partiyası Başqanının Təşkilati işlər üzrə müavini, dəyərli Əlövsət Xalıqverdiyevin doğum günüdür.
Uzun illər dövlət məmuru kimi fəaliyyət göstərən, hər zaman öz vətəndaş mövqeyi ilə seçilən Ə. Xalıqverdiyev cəmiyyətimizdəki problemləri dilə gətirməkdən çəkinməyən ziyalılarımızdandır.
AY Partiyanın qurulmasında və yüksəlişində müstəsna xidmətləri olan Əlövsət bəyi bütün partiyadaşlarımız adından təbrik edir, cansağlığı və xoşbəxtlik, fəaliyyətində uğurlar diləyirik.