Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il ötür.
1955-ci il martın 6-da 71 yaşında dünyasını dəyişən Rəsulzadə və silahdaşlarının yoxdan var etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Şərqində qurulan ilk demokratik dövlət kimi hər zaman qürur mənbəyimizdir.
Qurucu babalarımız təkcə Qafqaz və Rusiya Türklərinə deyil, ümumilikdə əzilən bütün xalqlara istiqlaliyyətin və hürriyyətin əldə edilməsinin düsturunu miras qoyublar.
Azərbaycan Yüksəliş Partiyası başda Rəsulzadə olmaqla, Azərbaycan insanına hürriyyət havasını tənəffüs etdirib, dünyasını dəyişmiş bütün mübarizə liderlərini böyük ehtiramla yad edir, ruhları qarşısında baş əyir.
Şirməmməd Hüseynovun da dediyi kimi, bu qədər millət içərisində müstəqil dövlətdə yaşamaqdan böyük səadət, qürur nə ola bilər? Əlbəttə ki, Rəsulzadə! Tarixin ən böyük adamı, müstəqil dövlət yaradan adamdır. O, Şərqin milli azadlıq ideyalarını Qərbin demokratik cərəyanlarına birləşdirməyi bacardı.