”Ermənistan hələ də Rusiyanın təsirindən tam qurtara bilməyib. Paşinyan bu yolda çox çabalayır, amma göründüyü kimi Rusiya ölkəni xaosa çevirir”.
Bu sözləri Editor.az-a Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib.
Partiya sədri bildirib ki, Rusiyanın müdafiə etdiyi güclərin elə böyük dəstəyi qalmayıb:
”Hakimiyyətdə olduqları illərdə rüşvət, korrupsiya, özbaşınalıq “Qarabağ klanını” və dolayısı ilə ruspərəst qüvvələri tamamilə gözdən salıb və cəmiyyətdə hörməti yoxdur. Bu səbəbdən Rusiyanın ciddi cəhdlərinə və yaratdığı xaosa baxmayaraq Paşinyan hakimiyyəti xalqın böyük hissəsinin verdiyi səslə möhkəm dayanır. Deyim ki, bu, Ermənistan cəmiyyətinin Paşinyana dəstəkdən çox, Rusiyaya “yox” deməsidir. Qarabağda məğlubiyyət həm də bu cəmiyyətin cinayətkar “Qarabağ klanın”dan canlarımı qurtarmasıdır. Bu səbəbdən Ermənistanda ciddi dəyişikliklər yalnızca qanlı yolla ola bilər. Amma xalqdan dəstək görməyən xunta hətta bu yolla hakimiyyətə müvəqqəti gəlsə də, oturuşa biməz. Bu, Ter Petrosyan dövrü deyil ki, parlament güllə-baran edib, hakimiyyətə gəlsinlər. Artıq o dövrlər keçib.Artıq dünyaya inteqrasiya dövrüdür və bunu ermənilər də yavaş- yavaş başa düşür. Zənnimcə, sülhü pozmaq cəhdləri boşa çıxacaq və ciddi dəyişiklər gözlənilmir”.