Türkiyənin tanınmış araşdırmaçı jurnalisti, görkəmli aydınlarından biri Uğur Mumcunun doğum günüdür.
1942-ci il avqustun 22-də anadan olan Uğur Mumcu uzun illər “Cümhuriyyət” qəzetinin köşə yazarı olub, onlarla kitabın müəllifidir.
Cəmiyyətdəki problemləri, ölkənin daxili və xarici siyasətindəki qüsurları qorxmadan, çəkinmədən dilə gətirən, araşdıran jurnalist şüurlu həyatını cəhalətlə mübarizəyə həsr edib. Bu səbəbdən də müxtəlif dairələrin qəzəbinə tuş gəlib, hər zaman təhdidlər, məhdudiyyətlərlə üzləşib.
“Bilgi sahibi olmadan fikir sahibi olmayın", - deyən Uğur Mumcu bütün çətinliklərə baxmayaraq, mücadiləsindən heç vaxt vaz keçməyib.
Uğur Mumcu 1993-cü il yanvarın 24-də Ankarada avtomobilinin partladılması nəticəsində həlak olub.
Azərbaycan Yüksəliş Partiyası cəsur jurnalisti doğum günündə ehtiramla yad edir.