Azərbaycan mediasında xüsusi yeri və çəkisi olan Demokrat.az saytının fəaliyyətə başlamasından 4 il ötür.
2018-ci il martın 5-də fəaliyyətə başlayan sayt qısa müddətdə özünü tanıda, təsdiqlətdirə, geniş oxucu auditoriyasını toplaya bilib, ölkənin ən çox müraciət edilən xəbər mənbələrindən birinə çevrilib.
Azərbaycan Yüksəliş Partiyası başda saytın baş redaktoru Vasif Həsənli olmaqla, Demokrat.az-ın bütün kollektivini təbrik edir, daha böyük uğurlar arzulayır.