Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_e9311c7d9cb02ba1e75f90a1add55ff1, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Firudin bəy Köçərlinin doğum günüdür
Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi, publisist, pedaqoq və maarifçi alimi Firidun bəy Köçərlinin doğum günüdür.
Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. Elə ilk təhsilini də 1876-cı ildə Şuşa şəhər məktəbində alıb. Daha sonra 1879-1885-ci illərdə Zaqafqaziya müəllimlər seminariyasında təhsilini davam etdirib, 1895-1918-ci illər ərzində həmin seminariyada müəllim kimi fəaliyyət göstərib.
XlX əsrin görkəmli nümayəndəsi olan F.Köçərlinin Azərbaycan elminin inkişafında böyük xidmətləri olub. O, 300-dən artıq dərsliklərə düzəlişlər edib, nəzəri materialları daha dərindən araşdırıb, metodika və stilistikasını dəyişərək zənginləşdirib.
1885-ci ildə İrəvana köçən Köçərli həmin illər M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" əsərini teatrallaşdıraraq mədəni hadisəyə çevirib.
Dövrünün vətənpərvər ziyalı və siyasətçisi olan Firidun bəy Köçərli 1920-ci ildə "Müsavat" partiyasında göstərdiyi fəalliyyəti əsas gətirilərək, əks inqilabçı adı ilə qətlə yetirilib.
Azərbaycan Yüksəliş Partiyası ziyalı-alim Firidun bəy Köçərlinin xatirəsini dərin hörmətlə yad edir.