Bu gün öndərimiz, dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə AY Partiyanın "Başla'da gənclərlə” layihəsi çərçivəsində gənclərin tarixçi alim Boran Əziz və yazar Aqşin Yeniseylə görüşü keçirildi.
Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayan tədbirdə M.Ə.Rəsulzadənin BMT-dəki çıxışı dinlənildi.
Çıxış edən Boran Əziz cümhuriyyətin qurulması tarixindən və aydınların bu prosesdəki rolundan danışdı.
Aqşin Yenisey isə cümhuriyyətin süqutunun səbəblərindən və demokratik cəmiyyətin qurulmasına əngəl olan qüsurlardan söz açdı.
Çıxışlardan sonra gənclərin sualları cavablandırıldı, müxtəlif mövzularda diskussiyalar aparıldı.
Öz növbəsində qonaqlar da gənclərə suallar ünvanladılar və doğru cavab verən iştirakçılara öz kitablarını hədiyyə etdilər.
Daha sonra Başqan Anar Əsədli və partiya rəhbərliyi qonaqlarla çay süfrəsi arxasında söhbət etdilər, müxtəlif mövzularda fikir mübadiləsi apardılar.