Mübariz insanlar, savaşda özlərinə arxa, dayaq olacaq yoldaşlara sahib olursa, yolculuğu da o qədər uğurlu və gözəl keçir.
Bu gün partiyamızın fədaisi, dava arxadaşımız Aqil Dadaşzadənin doğum günüdür.
Aqil Dadaşzadə təkcə AY Partiya İcra Aparatının rəhbəri deyil, həm də xalqı, vətəni uğrunda yorulmadan savaşmış hərbçi paşadır. Sanki bir paşa kimi də partiyamızın əmin-amanlığının keşikçisidir. Aqil Dadaşzadənin sadəcə mübariz kimi yox, həm də dost kimi üstün keyfiyyətləri var.
O, həm də gözəl ata və ailə başçısıdır.
Hörmətli Aqil bəyi AY Partiya Başqanı Anar Əsədli və partiyanın bütün üzvləri adından təbrik edir, cansağlığı, işlərində uğurlar, ailəsində xoşbəxtlik, şəxsi həyatında müvəffəqiyyətlər diləyirik.