Hörmətli İlqar Rəsul bəy !
Sizi, doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə, yaradıcılığınızda uğurlar diləyirəm.
Siz Azərbaycan mediasının cəmiyyətimizə qazandırdığı dəyərli jurnalist-yazarlardan birisiniz. Proseslərə obyektiv baxışınız, özünəməxsus rəyləriniz, ciddi təhlillərinizlə seçildiyiniz üçün ictimai-siyasi cameədə fikirlərinə önəm verilən ziyalılardansınız.
Sizi bir daha təbrik edir, AY Partiyaya dost münasibətinizə görə təşəkkürümü bildirir, yeni yaradıcılıq uğurları arzulayıram.
Dərin hörmətlə,
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı