Bu gün Kipr Türk Federasiya Dövlətinin (KTFD) qurulduğu gündür.
Uzun illər assimlasiyaya, soyqırımına məruz qalmış Kipr türklərinin apardığı əzmli mübarizənin, Kıprıs Barış Hərəkatının məntiqli nəticəsi kimi 1974-cü ildə qurulan Muxtar Kipr Türk Administrasiyasının Məclisi 1975-ci il fevralın 13-də Kipr Türk Federasiya Dövlətini elan edib. Quruluş bəyanatını Federasiya Dövlətinin ilk başçısı Rauf Denktaş oxuyub.
İngiltərə parlamenti bu dövlətin qurulmasına etiraz etsə də, həmin il iyunun 8-də Kipr Türk Federasiya Dövlətinin Konstitusiyası referendumla qəbul olunub.
Federasiya Dövləti Məclisinin 15 noyabr 1983-cü ildə yekdilliklə qəbul etdiyi qərarla Şimali Kipr Türk Respublikası (KKTC) quruldu və KTFD ləğv edildi.
Azərbaycan Yüksəliş Partiyası hər zaman Kipr türklərinin yanlarında olduğunu bəyan edir, KKTC-nin müstəqilliyi uğrunda mübarizə aparmış, dünyasını dəyişmiş böyük dövlət adamlarını sayğı ilə yad edir, Şimali Kiprin müstəqilliyini əldə edəcəyinə əminliyini bildirir.