Dəyərli Xan bəy!
Sizi, doğum gününüz – 60 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, ədəbi-bədii fəaliyyətinizdə uğurlar diləyirəm.
Həyatınızın böyük hissəsini kitaba, kitabı sevdirməyə həsr etmiş bir ziyalı kimi çox dəyərlisiniz. Siz bu işə biznes, maddi gəlir kimi baxmamısınız, ən böyük qazancınız kitab oxuyanların sayının artması olub.
Sahibi olduğunuz “Xan xəzinəsi” kitab evinin cəmiyyətdə mütailəyə həvəsin artmasında xidmətləri əvəzsizdir.
Sizi bir daha təbrik edir, gördüyünüz müqəddəs işdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı