Koreyada təhsil sahəsində fəaliyyət göstərən həmyerlimiz Leyla Məsimova Azərbaycan Yüksəliş Partiyasının qonağı olub.
AY Partiya Başqanı Anar Əsədli, Başqan müavini Aynur Qəzənfərqızı ilə görüşən Leyla Məsimova Koreyadakı fəaliyyətindən, gələcək planlarından danışıb. O, bir müddət sonra Azərbaycana qayıdacağını deyib.
Başqan Anar Əsədli ölkəmizin gələcəyi, inkişafı üçün yüksək təhsil almış, sahəsi üzrə özünü yetişdirmiş gənclərə ehtiyac olduğunu bildirib.
Leyla xanım partiyada gənclərin “Başla" otağı ilə tanış olub.
Qeyd edək ki, Leyla Məsimova Koreyanın İnha Universitetində doktorantura pilləsində təhsilini başa vurub. Hazırda Koreyanın Təhsil Nazirliyindən lisenziyası olan “Eduniety” təhsil şirkətində işləyir.