Azərbaycan Liberal Partiyasının lideri, Fəlsəfə və hüquq elmləri doktoru, professor Lalə Şövkət Hacıyevanın 70 yaşı tamam olur.
1951-ci il noyabrın 7-də dünyaya gələn Lalə Şövkətin təxminən 30 ilə yaxındır, siyasi fəaliyyətlə məşğuldur. 1980-ci illərin sonunda Qarabağ probleminin başlaması ilə Lalə Şövkət aktiv ictimai-siyasi fəaliyyətə başlayıb.
L.Şövkət 1993-cü il iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib, 1994-cü il yanvarın 29-da vəzifəsindən istefa verib. Onun istefasından sonra dövlət katibi vəzifəsi ləğv edilib.
Azərbaycan Yüksəliş Partiyası bir çox demokratik nümunələrin təməlini qoyan böyük siyasi lider Lalə Şövkəti 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və ictimai-siyasi fəaliyyətində böyük müvəffəqiyyətlər arzu edir.