Bu gün Azərbaycanda XX əsrin ən böyük ideoloqlarından biri, Cümhuriyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
O, Azərbaycanda Cümhuriyyətin qurulması üçün bir çox sahələrdə çabalar göstərib, həyatını, ailəsini, doğmalarını bu yolda heçə sayıb. Özü görməsə belə, başladığı yol və apardığı mübarizənin sonu uğurla nəticələnib. Azərbaycan XX əsrin sonunda yenə müstəqil dövlət oldu. Və bu gün üç rəngli bayrağımız dövlət rəmzi kimi qürurla dalğalanır. Cümhuriyyət özü bir fikir idi və elə bu düşüncə ilə dövlət qurmağa nail olmuşdu:
"Kommunizm nə edirsə-etsin, Rusiya imperializmi hansi rəngə girirsə-girsin, meydanda bir həqiqət var: "Millətlər özlərini tanımışlar, Azərbaycan özünün türk olduğunu idrak eyləmiş, böyük bir fikir doğulmuşdur: FİKRİ İSTİQLAL!"
Bu milləti istiqlala qovuşduran adam, böyük azərbaycanlı, dünyaya gəlişin mübarək!