Sizi doğum gününüz münasibətilə təbik edir, cansağlığı, ictmai-siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.
Mütəqil Azərbaycan mətbuatının yetirdiyi tərəfsiz, obyektiv, xüsusi analitik təfəkkürü olan az sayda jurnalistlərdən biri kimi böyük rəğbət qazanmısınız. Siz böyük istedada sahib qələm adamı olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik bin insan kimi fəaliyyət göstərdiyiniz bütün kollektivlərdə, mətbuat cameəsində, ümumilikdə çevrənizdə hər zaman sevilirsiniz. Rəhbərlik etdiyiniz mətbuat orqanlarında onlarla gənci səbrlə, təmkinlə, sevgi ilə yetişdirib, cəmiyyətimizə qazandırmısınız. Bu gün adınız, imzanız ustad jurnalistlərlə bir arada çəkilir. Həmçinin proseslərə, ölkədə, dünyada baş verənlərə özünəməxsus yanaşmanız, müstəqil, vicdanlı mövqeyinizlə seçilirsiniz.
Sizi bir daha təbrik edir, arzu etdiyiniz cəmiyyətdə yaşamağınızı arzulayıram.