Məscidə donuz bağlayana dost deyəndən müsəlman olmaz
İranın belə reaksiyası gözlənilən idi. Bu açıqlamalar molla təfəkkürünün məhsuludu. İranın istənilən rəsmisinin açıqlaması mollanın fətvasıyla eynidi. Bunu biz Cavad Zərifin Qasim Süleymani haqda dediyi fikirlərdən sonra İranın ali dini liderinin açıqlamasında da gördük.
İranda siyasi qərarlar Qəyyumlar Şurası tərəfindən verilir. Qəyyumlar Şurasını isə Xamneyi özünə loyal olan şəxslərdən təyin edir. Mollanın da göstərişi ilə verilən qərar bu ola bilər ancaq.
Digər tərəfdən, İran tərəfi anlamır ki, həmin sionist dedikləri Qarabağ müharibəsində Azərbaycana dəstək verənlər idi.
Həmçinin əgər İslama hörmət edirlərsə, İslama dəyər verənlərin yanında olmalı, düşməniylə düşmən olmalıdırlar. Məscidə donuz bağlayana dost deyəndən müsəlman olmaz.
Bundan əlavə, İran İsraillə Fələstinə görə mübarizə aparırsa, niyə öz ərazisində 1 nəfər də olsun, fələstinli qaçqın yoxdu?
Ona görə də, bütün bu açıqlamaların nə din amiliylə, nə də əzilən tərəfə təəssübkeşlik amiliylə əlaqəsi var. Bunlar sadəcə türklərə qarşı tarixi fars düşmənçiliyinin yansımasıdır.