Bu gün böyük Türk, Türkiyə Cümhuriyyətinin istiqlal marşının müəllifi Mehmet Âkif Ersoyun doğum günüdür.
"Vətən şairi", "Milli şair" kimi xatırlanan Mehmet Akif Ersoy 1873-cü ildə İstanbulda anadan olub. Türkiyə Cümhuriyyətinin qurulmasında böyük xidmətləri olan Ersoy qurtuluş savaşı dönəmində Türkiyə Böyük Millət Məclisinin deputatlarından biridir.
O, 1936-cı il dekabrın 27-də vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası böyük şairi sayğıyla yad edir.