Yeni təqvim ilinin ilk günü həm də Azərbaycan Yüksəliş Partiyasının üzvləri üçün çox hörmətli Aybəniz Hacıyevanın doğum günü olması ilə əlamətdardır.
AY Partiya MNTK sədrinin müavini Aybəniz xanım bütün şüurlu həyatını Milli Azadlıq hərəkatına, cəmiyyətimizdəki problemlərin həllinə sərf edib.
İstənilən milli davanın təmənnasız olaraq ilk sıralarında yer alan Aybəniz xanım, sözsüz ki, hər cür təqdirə və təbrikə layiqdir.
AY Partiya elan olunan gündən partiyamızın qurulmasında və yüksəlişində müstəsna xidmətləri olan Aybəniz xanımı bütün partiyadaşları adından təbrik edir, şəxsi həyatında xoşbəxtlik, fəaliyyətində ugur arzulayırıq.