Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklifini doğru hesab edirəm".
Onu qeyd edim ki, bir sıra dövlətlərdən, misal üçün, Türkiyə, Fransa və s. fərqli olaraq biz əsrlərdir, oturuşmuş dövlətin, yəni tutaq ki, monarxiyanın yerində Cümhuriyyət qurmamışıq.
Biz Rus imperiyasının tərkibindən çıxaraq, müstəqillik elan edib, dövlət qurmuşuq. Müstəmləkədən azad olub, dövlət bərqərar etmişik.
Bu, məsələnin ən vacib tərəfidir. Cümhuriyyət elan etmək, özü də müsəlman Şərqndə ilk dəfə bu işi həyata keçirmək, əlbəttə ki, böyük bir nailiyyət idi. Bu, danılmaz faktdır.
Nə yaxşı ki, qurucu babalarımız zamanında Cümhuriyyət modelinə üz tutdu.
Amma biz, məsələn Böyük Britaniya kimi konstitusiyalı monarxiyanı da seçə bilərdik. Bu baxımdan ən məntiqlisi və doğrusu 28 Mayın Müstəqillik (bağımsızlıq) Günü kimi qeyd edilməsidir.
Önə çıxan yenə də müstəqilliyimizdir və sonradan onun bərpasıdır: "O ki qaldı bəzi şəxslərin Türkiyədən örnək vermələrinə, yuxarıda qeyd etdiyimi bir daha təkrarlamaq istəyirəm: Türkiyədə ona görə Cümhuriyyət elan olundu ki, bu dövlət 600 illik monarxiyaya (Osmanlı imperiyası) sahib idi və sonra dövlət Cümhiriyyət modelinə keçid aldı.
Etirazın da bir məntiqi olmalıdır.
18 oktyabrla bağlı müstəqilliyin bərpası termininin təsbitini də doğru hesab edirəm.
Bu arada qeyd edim ki, 30 avqust məsələsi ilə 18 oktyabrı qarışdırmaq olmaz.
30 Avqust 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib.
18 Oktyabr 1991-ci il tarixdə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib.
Bəyannamə ilə Konstitusiya aktı arasındakı fərqi öyrənmək lazımdır. O zaman anlaşılmazlıqlar ortadan qalxacaq.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli