Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_121155b957e9a688005be8373f401710, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Müstəqilliyimiz əbədi olsun!
1991-ci ilin 18 oktyabrında Azərbaycan parlamentində Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edildi. Bu gün həmin tarixi hadisədən 30 il keçir.
20-ci əsrin əvvəllərində başqa Məhəmməd Əmin Rəsulzadə olmaqla Qurucu Babalarımız müsəlman aləminin ilk demokratik respublikasını - Azərbaycanın Xalq Cümhuriyyətini qurdular. Bolşevik işğalı ölkəmizin müstəqilliyini 70 il ləngitdi. 1990-cı illərdə geniş vüsət tapan Milli Azadlıq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin bərpası məsələsini qarşısına başlıca məqsəd kimi qoymuşdu. Milli düşüncənin təmsilçiləri olan istiqlalçı deputatların səyi və xalqın güclü təzyiqi nəticəsində ölkəmiz öz müstəqilliyini bərpa etdi.
Bu gün ilk dəfədir ki, Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpası gününü işğal olunmuş torpaqlarımızın azad edildiyi bir vaxtda qeyd edir. Dövlətimizin əbədi var olması, güclənməsi və rifahı da məhz həmin şərəfli gündən qaynaqlanır.
Azərbaycan Yüksəliş Partiyası Müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı hər kəsi təbrik edir, xalqımızın könül xoşluğu və qürurla yaşayacağı Qüdrətli, Bütöv və Firavan Azərbaycan arzulayır.