Bu gün görkəmli jurnalist, böyük vətəndaş Nəcəf Nəcəfovun (24.06.1955-17.12.1999) anım günüdür.
Nəcəf bəy əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və 20-ci əsrin əvvəllərində nəhəng ideya və fikir adamlarının formalaşdırdığı milli mətbuatımızın ən parlaq nümayəndələrindən biridir. Nəcəf Nəcəfov Azərbaycanın çağdaş mətbuatının, müstəqil medianın banilərindəndir.
Azərbaycan Yüksəliş Partiyası işıqlı və unudulmaz Nəcəf Nəcəfovun parlaq xatirəsini böyük sayğıyla yad edir, Allahdan rəhmət diləyir.