Azərbaycan aktyorluq məktəbinin görkəmli nümayəndəsi, ustad sənətkar Nəsibə Zeynalovanın anım günüdür.
Nəsibə Zeynalova 1916-cı ildə milli realist teatr məktəbinin banisi Cahangir Zeynalovun ailəsində dünyaya göz açıb.
Orta məktəbdə oxuyarkən incəsənətə meyilli olan Nəsibə xanım sənətin, eləcə də rəqsin sirlərinə yiyələnib. Milli kino və teatr sənətinin ustadı, rejissor-aktyor Rza Təhmasibin dərnəyinə üzv olub, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyətə başlayıb.
Nəsibə xanım ifa etdiyi rollardakı yumoristik eyhamlar, səs tempri, səhnəyə hakimliyi ilə gənc aktyor nəslinə uzun illər örnək olub, bir məktəb yaradıb.
Böyük sənətkar səhnədə, filmlərdə, televiziya tamaşalarında saysız-hesabsız müxtəlif çalarlı rollar yaradıb, yeni sənətkarlıq ənənəsinin bünövrəsini qoyub.
Özünəməxsus ifa tərzi, yumoristik replikaları ilə yaddaşlarda yaşayan Nəsibə Zeynalova Milli
Teatr günündə - 2004-cü il martin 10-da vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası milli teatr və kino sənətinin sevilən sənətkarı Nəsibə Zeynalovanın xatirəsini sayğı ilə yad edir.