Azərbaycan Yüksəliş Partiyası Gənclər Təşkilatının rəhbəri təyin edilib.
Bununla bağlı Başqan Anar Əsədli sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə gənc aktivist Nəzrin Şahsuvarlı təyin edilib.
Nəzrin Vidadi qızı Şahsuvarlı 2004-cü ildə Naxçıvanda anadan olub. Bir müddət ailəsi ilə birlikdə Ukraynada yaşadıqdan sonra 2013-cü ildə Bakıya köçüb, tələbədir.