Bu barədə hələ 3 il öncə petisiya başladılması üçün ölkə ictimaiyyətinə müraciət ünvanlamışdım.
Bəli, biz ona görə nərimanovların, ayna sultanovaların heykəllərinin götürülməsini istəyirik ki, məhz Nərimanov və onun kimilər bilərəkdən ya da “aldanaraq” Azərbaycanın səadətini Rusiyada görürdülər.
Nərimanov Rusiyaya olan sevdanın təcəssümüdür.
Rusiyaya olan sevdanı yıxaq ki, "Rusiya sülhməramlıları" ilə üz-üzə dayanmaqdan qurtulaq.
Rusiyaya olan sevdanı yıxaq ki, Cənubi Qafqazda savaşı bitirə bilək.
Rusiyaya olan sevdanı yıxaq ki, “Tərtər hadisələri” yaşanmasın.
Rusiyaya olan sevdanı yıxaq ki, Rusiyanın 366 cı motaatıcı hərbi alayının birbaşa iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı qurbanlarının və 20 Yanvar şəhidlərimizin ruhları şad olsun.
Rusiyaya olan sevdanı yıxaq ki, yeni yetişən nəslimiz düzgün tərbiyə ilə dövlətinə sahib çıxa bilsin.
Anar Əsədli
AY Partiya Başqanı