Bu gün Od çərşənbəsidir.
Od çərşənbəsi Boz ayın tən yarısıdır. Havaların isinməsi məhz ikinci çərşənbədən sonra başladığı üçün atalarımız bu çərşənbəyə Od çərşənbəsi deyiblər. Qədim türklər odu müqəddəs sayıblar. Çünki od istilik verməklə yanaşı, həm də günahlardan təmizlənmə vasitəsi olub. Buna görədir ki, bu çərşənbədə tonqal qalanır, insanlar üstündən atlanır, “ağırlığını, uğurluğunu tonqalda qoyub” yeni ilə təmiz və günahsız girir. Sadəcə bu fakt Novruz bayramının Türklərin əsrlərdir, qeyd etdiyi milli bayramı olduğunu deməyə əsas verir.
AY Partiya olaraq xalqımızı Od çərşənbəsi münasibətilə təbrik edir, neçə gözəl illərə, nübarlara çıxmağını arzu edirik.