20-ci əsr Azərbaycan ədəbiyyatının qəzəlxanı Əliağa Vahidin doğum günüdür.
Əliağa Vahid həsrət, nisgil, sevgi ilə yanaşı, gözəlliyi tərənnüm edən şeirlərin müəllifidir. Onun qəzəllərinin mahiyyəti İçərişəhərdə qoyulmuş heykəlində də əks etdirilib. Vahid qədim ilə müasiri öz yaradıcılığındà vəhdət halına gətirməyi bacarıb.
Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə etibar ona, bietibarə, yalvarma!
Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!
Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!
Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!
Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!
Azərbaycan Yüksəliş Partiyası ölməz qəzəlxanı sayğı ilə yad edir.