Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alviyə
Hörmətli cənab Prezident,
Peşəvər şəhərindəki məsciddə törədilmiş terrakt nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi kədərləndirdi.
Partlayışın dəhşəti, dinc insanların ölümü əsla qəbuledilməzdir. Terror müasir dünyamızın ən böyük bəlasıdır. Biz bu dəhşətli terror aktını qınayırıq, hadisəni törədənlərin tezliklə tapılıb, cəzalandırılacağına inanırıq.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.