Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, l Qarabağ müharibəsi, eləcə də Aprel döyüşlərində igidlik göstərən və şəhidlik zirvəsinə ucalan cəsur hərbçimiz Raquf Orucovun 50 illik yubileyidir.
Azərbaycan xalqının yaddaşında "Murov qartalı" kimi qalan Raqif Orucovun şücaəti əsl qəhrəmanlıq örnəyidir.
R. Orucov böyük hərbi hissə komandiri olaraq, vətənpərvər, qorxmaz, sədaqətli əsgər məktəbinin ən layiqli müəllimi idi. Yüzlərlə, minlərlə gəncə silah tutmağı, döyüş əzmini, torpaq sevgisini aşılamaq tək vəzifə öhdəliyindən, məsuliyyətindən irəli gəlmirdi. O, həqiqətən Vətən fədaisi idi.
l Qarabağ müharibəsi Raquf Orucovun ilk sınağı, Aprel döyüşləri isə minlərlə gəncə təkan verən, iz qoyan səlnamə oldu.
Vətən uğrunda canlarını fəda edən hər bir şəhidin xatirəsi bizlər üçün əziz və müqəddəsdir.
Azərbaycan Yüksəliş Partiyası polkovnik-leytenant, peşəkar kəşfiyyatçı, xalqın qəhrəman oğlu Raquf Orucovun xatirəsini dərin ehtiramla yad edir.