Qaqauz Yerinin Başqanı xanım İrina Vlaha
Dəyərli Başqan!
Sizi, Qaqauz Yeri Muxtar Cumhuriyyətinin qurulmasının 28-ci ildönümu münasibətilə təbrik edirəm.
Qaqauzlar ən qədim Oğuz Türkləri kimi bizə əziz xalqdır. Azərbaycan Turkləri də qaqauzlar kimi Oğuz boyuna mənsubdur. Bu da xalqlarımız arasındakı dil, mədəniyyət, folklor birliyinin ən böyük göstəricisidir.
Hər bir Türk xalqı kimi, Qaqauz xaldı da bizim üçün əzizdir, dəyərlidir. Biz hər bir Türkün uğuruna sevinir, kədərinə üzülürük. Hər zaman Türk Birliyinin qurulması, möhkəmlənməsi istiqamətində səyləri dəstəklədiyimizi bilmənizi istəyirik.
Türk Dünyasının mədəniyyəti çox zəngin və əngindir. Hər dindən, coğrafiyadan olan insanlarımızın əsas fəlsəfəsi xoş niyyət, dostluq, qardaşlıqdır. Bu qardaşlığın arasında qaqauzların yeri çox özəldir.
Dəyərli Başqan!
Bu gün Qaqauz Yerinin bayramıdır. Sizi və Qaqauz xalqını muxtariyyət əldə etməniz münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayıram.
Hörmətlə, Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri.