Reaksiya Media Qrupunun təsisçisi Zaur Qəriboğluna
Dəyərli Zaur bəy!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Müstəqil Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən jurnalistlərdənsiniz. Yaşınızın gənc olmasına baxmayaraq, mediada söz sahibi olmağı bacarmısınız. Sahibi olduğunuz Reaksiya TV-nin fəaliyyətə başladıqdan sonra qısa zamanda populyarlaşması, ölkədə ən çox izlənilən kanallardan birinə çevrilməsi Sizin müstəqil fikriniz, yüksək analitik təfəkkürünüz, siyasi zəkanız, obyektivliyiniz, çalışqanlığınız sayəsində olub.
Siz istedadlı qələm sahibi olmaqla yanaşı, həm də səmimi insan, sadiq dostsunuz. Ətrafınızda bu qədər sevilməyinizin əsas səbəbi bu yüksək insani keyfiyyətlərə sahib olmağınızdır.
Sizi bir daha təbrik edir, Reaksiya TV-nin Bütöv Azərbaycanın ən baxımlı kanalı olmasını arzulayıram.