Azərbaycan incəsənətinə ağır itki üz verib.
Respublikanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında vəfat edib.
Azərbaycan musiqi sənətinin inkişafına böyük töhfələr vermiş Ruhəngiz Qasımova xeyli sayda unudulmaz mahnının müəllifidir. O, həmçinin onlarla filmin, tamaşanın musiqilərinin bəstəkarı kimi də tanınır.
Ruhəngiz Qasımovanın vəfatından kədərləndiyimi bildirir, ailəsinə, yaxınlarına, incəsənət cameəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı