Rusiya hərbçiləri Azərbaycan ərazisindən çıxarılmalıdır
44 günlük Vətən Müharibəsinin bitməsindən və üçtərəfli Bəyannamənin imzalanmasından keçən 11 ayda Ermənistan tərəfi şərtlərə əməl etmir, təxribatlar törətməyə davam edir. Növbəti belə bir təxribat oktyabrın 14 törədilib. Rusiya “sülhməramlı”larının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Azərbaycan Yüksəliş Partiyası bəyan edir ki, Ermənistanın və onun havadarlarının dəstəklədiyi terror qruplarının törətdiyi bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Bildirirk ki, hadisəsinin Rusiya “sülhməramlı”larının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilməsi Ermənistanın revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya “sülhməramlı”larının missiyalarına əməl etmədiyni, bölgədə terrorçuları görməzdən gəldiyini, bəzən isə onlara dəstək verdiyini bir daha sübut edir. Eyni zamanda bu kimi meyllərin Rusiya hərbçilərinin bölgədə qalma müddətinin uzadılmasına xidmət etdiyini göstərir.
Tələb edirik ki, ərazidə sabitliyi təmin etmək adı ilə bölgəyə yerləşdirilən və bu missiyalarını yerinə yetirməyən, əksinə sabitliyin pozulmasına xidmət edən Rusiya “sülhməramlı”larının ərazidən çıxarılması istiqamətində hüquqi və siyasi müstəvidə tədbirlərin görülməsinə başlanılsın.