Rusiyanın İran üzərindən Qarabağa naməlum
yükləri daşıması ilə əlaqədar Azərbaycan Yüksəliş Partiyasının bəyanatı
Rusiyalı sülhməramlıların Qarabağda fəaliyyətə başladığı gündən bəri müxtəlif məqamlarda öz səlahiyyətlərini aşmaları faktları mütəmadi olaraq həm Azərbaycan rəsmilərinin dilindən, həm də mətbuat səhifələrindən düşmür. Ölkə rəhbərinin öz çıxışlarında sülhməramlıların qanunsuz olaraq təsərrüfat işləri ilə məşğul olmaları, Laçın dəhlizindən Azərbaycandan giriş icazəsi almayan xarici vətəndaşların gediş-gəlişinə icazə veməsi, Qarabağdakı ermənilərə hərbi təlimlər keçməsi və bu kimi səlahiyyətlərinə aid olmayan, Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradan addımların atılmasına dair bəyanları bir daha sübut edir ki, Rusiyalı sülhməramlılar əslində xoşməramlı deyillər.
İndi məsələ daha da böyüyür və Rusiya ilə birlikdə İran da bu prosesə var qüvvəsi ilə qoşulmağa başlayır. Güney Azərbaycan fəallarının veridyi təkzibolunmaz faktlar göstərir ki, son vaxtlar Rusiyadan Ermənistana yenidən hərbi yardım edir.
Bildirilir ki, hərbi yük maşınları İranın Ənzəli şəhərinə gətirilir, oradan da Nurduza aparılır. Nurduz sərhəd qapısında isə yük maşınlarını yenə Ruslar təslim alır.
Cənubi Azərbaycandan gələn xəbərlərə görə, İranın ETTEELAT məsulları yük maşını sürücüləri ilə əlaqə yaradaraq, onları bu hərbi maşınları daşımağa məcbur edir. Qəbul etməyən sürücülər isə ya məhkəməlik olur, ya da basqı görürlər.
Hərbi yardımların İran üzərindən yenidən başlaması İranın Ermənistana olan dəstəklərinin davam etdiyini göstərməklə birlikdə, Ermənistanın yenidən savaşa hazırlandığı ehtimalını da ağıllara gətirir.
AY Partiya rəhbərliyi bu təhlükəli gedişata "dur" demək üçün dövlətimizin müvafiq orqanlarını təcili olaraq səlahiyyətlərindəb istifadə etməyə, ölkə mediasını məsələnin gündəlikdən düşməməsi üçün fəaliyyətini aktivləşdirməyə, bütün milli siyasi qüvvələri son faktlarla əlaqədar tədbirlər görməyə dəvət edir.
AY Partiya İran və Rusiyanın hakim qüvvələrindən regionda yenidən gərginlik ocağı yaratmaq planlarından əl çəkməyi tələb edir, daim Azərbaycanın ərazi bütünlüyünün keşiyində duracağını BƏYAN edir.