Bu gün Milli qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
Hər savaşın mütləq qəhrəmanları olur. Mübariz İbrahimov torpaqlarımızı müvəqqəti olaraq itirdiyimiz, atəşkəs elan olunduğu zamanda, gələcəyə suallarla baxdığımız bir vaxtda, sözssüz ki, böyük bir qəhrəmanlıq göstərdi.
Mübarizin qəhrəmanlığı yalnız düşmən öldürmək deyildi, onun qəhrəmanlığı onda idi ki, o bu xalqa “Sən güclüsən və qalib gələ biləcəksən” mesajını və bununla da qələbəyə ümid verdi.
Sən həm də ona görə böyüksən və böyük sevgiyə layiqsən ki, çoxluğun Rusiyanın yıxılmaz gücündən, Ermənistanın da arxasında daim bu gücün olduğundan danışdığı "praqmatik təhlillərin" olduğu bir zamanda heç bir dövlətin, hec bir ordunun, hec bir silahın vətən və millət sevgisindən güclü olmadığını göstərdin!
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin!