Bu gün Azərbaycanın şəhid pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
1985-ci ildə anadan olan Rəşad Atakişiev 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə qəbul olub. 2006-cı ildə oradan məzun olub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi beş nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
Həmçinin, Azərbaycan ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib.
O, 2019-cu il iyulun 24-ü plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Həmin il avqustun 20-də nəşi tapılan pilot ikinci Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Yüksəliş Partiyası şəhid pilotumuzu sevgi və sayğıyla anır.