Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlıya
Dəyərli Şəmistan bəy,
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürükləndiyi qanlı savaşda millətimizin, ordumuzun qələbə ruhunun ölməməsi, xalqın əzminin qırılmaması üçün vacib məsələlərdən biri cəmiyyəti həm də mənəvi cəhətdən buna hazırlamaq olub.
Sizin bu istiqamətdə əməyiniz, rolunuz danılmazdır. İstər aparıcı, istərsə də hərbi mahnıların ifaçısı kimi xalq daim Sizi dinləyib, sevib. İfa etdiyiniz “Cənab leytenant”, “İgid əsgər”, “Tanrı Türkə yar olsun!” və digər mahnılar illərdir, dillər əzbəridir. Bu musiqi əsərləri demək olar, marşa çevrilib. Bu gün hərbi mahnıların ifaçısı deyəndə ilk yada düşən Sizsiniz.
Sizi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm.