Hörmətli Elnur Astanbəyli bəy!
Sizi, doğum gününüz münasibəti ilə təbrik edir, cansağlığı, yaradıcılığınızda uğurlar arzulayıram.
Azərbaycanın yeni nəsil qələm adamları arasında istedadınız, intellektiniz, dünyagörüşünüz, mövqeyinizlə seçilirsiniz. Bu bacarıqlarınızdan dolayı adınız ölkənin tanınmış şair-yazarları, söz adamları sırasında ilk yerlərdə çəkilir. Cəsarətli mövqeyiniz, cəmiyyətin problemlərinə yanaşma yöntəminiz, sözü duymaq istedadınıza görə ölkənin sevilən, oxunan şairlərindən birinə çevrilmisiniz. Cəmiyyətimizin inkişafı, irəli getməsi üçün Sizin kimi söz adamlarına ciddi ehtiyac var.
Sizi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm.
Dərin hörmətlə,
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı