Dəyərli Rüstəm bəy!
Sizi doğum gününüz, 65 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, yaradıcılığınızda uğurlar arzulayıram.
Siz gənc yaşlarınızdan Türk düşüncəsinin, şaman ruhunun daşıyıcısı kimi tanınmısınız. Yaradıcılığınız etnos təfəkkürü üzərində pərvəriş taparaq, milli özgüvənliyin sərhədsizliyini müəyyən etməyə cəhd faktı kimi də poeziyasevərlər üçün maraqlıdır. Sizin başdan başa milli düşüncənin və Türk tarixinin təcəssümü olan parlaq poeziyanız, artıq neçə illərdir ki, gəncliyimizin ədəbi zövqünün formalaşmasına öz töhfəsini verməkdədir. Yaradıcılığınıza Türklər yaşayan coğrafiyalarda, xüsusən Türkiyədə böyük maraq və sevgi var.
Sizi bir daha ürəkdən təbrik edir, qurulmaqda olan Turanda yaşayıb, yaratmanızı arzu edirəm.
AY Partiya Başqanından Rüstəm Behrudiyə təbrik
Dərin hörmətlə,
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri, 12 sentyabr 2022-ci il.