Azərbaycanın görkəmli şairi, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin 74 yaşı tamam olur.
Çağdaş Azərbaycan elitar fikrinin ən öncül xadimlərindən olan Vaqif Bayatlı Odər dünyəvi və təkrarsız şeiriyyatı ilə hər bir azərbaycanlı oxucunun ürəyində özünə yer edə bilib.
Söz ustadının şeirindən bir parçanı xatırladaraq təbrik edir, daha uzun illər yazıb-yaratmasını diləyirik.
Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da
Vətən yarım Vətən demək,
əsgərləri yarım əsgər,
generalları yarım general demək,
ey əlli milyonun göy, qırmızı, yaşıl qanı bayraq,
hər an göyünə, qırmızına, yaşılına yaraşan
bayraqlar bayrağı əsgər doğ bizə,
qanadlan, tək göydə yox, həm də qanımızda uç,
uç, uç, damarlarımızda bütöv Azərbaycan doğ,
elə o tay, bu tay, Xəzər qarışıq Azərbaycan – Xəzərbəycan doğ.