Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor Sara Aşurbəylinin doğum günüdür.
O, 27 yanvar 1906-cı ildə dünyaya gəlib.
Sara xanım Aşurbəyli orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk tədqiqatçılarından hesab olunur. Həyatının böyük hissəsini Bakının, eləcə də Şirvanşahlar dövlətinin tarixinin araşdırmasına həsr edib. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, mədəniyyəti geniş şəkildə əks olunub.
Azərbaycan tarix elmində önəmli yeri olan kitabların, monoqrafiyaların, yüzlərlə məqalələrin müəllifi olan Sara xanım, eyni zamanda rəssam, musiqiçi və xarici dil müəllimi kimi də fəaliyyət göstərib. Uzun müddət Azərbaycan Tarixi Muzeyində "Orta əsrlər tarixi" şöbəsinin müdiri vəzifəsində çalışıb.
Görkəmli alim 17 iyul 2001-ci ildə dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası tarixçi-alim Sara xanım Aşurbəylini dərin hörmətlə yad edir.