Bozay yazın müjdəçisidir.
Bu gün Bozay girdi, özü ilə ilk çərşənbəni də gətirdi. Folklor variantlılığı ilə gözəldir. Bu çərşənbə bəzi bölgələrimizdə Yalançı çərşənbə olaraq adlanır, bəzi bölgələrimizdə isə Su çərşənbəsi olaraq qeyd edilir. Hansı adla adlanmasından asılı olmayaraq bu çərşənbə Çillənin sərt soyuğuna qalib gəlmiş Bozayın təmsilçisidir. Bozay xalqın nəzərində təbiətin oyanmasını, dolayısı ilə insanların ümidlərinin hər zaman qönçələnməsini təmsil edir.
Çərşənbəniz mübarək!