Tanınmış yazıçı, İsveçdən qonaq gəlmiş Eluca Atalı, güneyli tərcüməçi Məsumə Şükürzadə, həyat yoldaşı Məmməd Şükürzadə və dəyərli ziyalı Nemət Hacıbəyli AY Partiyanın qonağı olublar.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və partiya rəhbərliyi ilə keçirulən görüşdə Quzey Azərbaycanın Güney Azərbaycana nə qədər hazır olması, xalqlar arasında sıx əlaqə yaratmaq üçün həyata keçiriləcək tədbirlər, ictimai-siyasi, ədəbi-mədəni proseslərlə bağlı maraqlı fikir mübadiləsi aparılıb.
Qonaqlar Gənclər Təşkilatının “Başla” otağı ilə tanış olublar. Eluca Atalı yeni çapdan çıxan, gerçək xatirələr əsasında yazılan, İranda baş vermiş insanlıq faciəsindən bəhs edən “İran Hizbullah zindanında” adlı kitabını və digər əsərlərini AY Partiya kitabxanasına təqdim edib.
Anar Əsədli yazıçını yeni kitabının işıq üzü görməsi ilə bağlı təbrik edib, özünün müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” və “AY Partiyanın kitabxanası” silsiləsindən çap olunmuş Məhsa Mehdilinin “44 günlük savaşda Güney Azərbaycan” kitablarını qonaqlara təqdim edib.