Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_37fddbe0459762753b7d78fc11dcfc3b, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Tofiq Qasımovun anım günüdür
Azərbaycanın sabiq Xarici işlər naziri, Milli Azadlıq hərəkatının öncüllərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından, istiqlalçı deputatlardan biri olmuş Tofiq Qasımovun anım günüdür.
1938-ci ildə anadan olan Tofiq Qasımov Azərbaycan Dövlət Universiteti və Leninqrad Fizika-Texnika İnstitutunda ali təhsil alıb, Azərbaycan Elmlər Akademiyasının elmi işçisi olub. O, 100-ə qədər elmi əsərin müəllifidir.
Tofiq Qasımov 1987-ci ildən siyasətlə məşğul olmağa başlayıb, Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub. 1992-ci ildə xarici işlər naziri təyin edilib, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. O, eyni zamanda Müsavat Partiyasının bərpaçılarından biri sayılır.
Tofiq Qasımov 90-cı illərin ortalarında Türkiyəyə, daha sonra İsveçrəyə köçüb.
26 yanvar 2020-ci ildə ailəsiylə birgə yaşadığı İsveçrənin Lütsern şəhərində vəfat edib və orada dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası Tofiq Qasımovu böyük sayğı ilə yad edir.