Bu gün Novruzun sonuncu, el arasında "İlaxır çərşənbə" adlandırılan Torpaq çərşənbəsidir.
Novruz çərşənbələri xalqımızın milli-mənəvi bütün dəyərlərini özündə əks etdirən əlamətdar bayramlardır.
Torpaq çərşənbəsinin anlamı isə xalqımız üçün bir başqadır. Torpaq vətəndir, yurddur, obadır. İnsanın yaradılış qaynağıdır. Xalq arasında məhz bu gündən sonra torpağın oyanması, canlanması kimi inanclar onun bayram əhval-ruhiyyəsində qeyd edilməsinə səbəb olur.
Vətənimizdə çox böyük təntənə ilə keçirilən Torpaq çərşənbəsi mahiyyət etibarı ilə ənənələrimizi, inanclarımızı, dəyərlərimizi, niyyətimizi, bütövlükdə xalqın mədəni təfəkkürünün böyüklüyünü özündə əks etdirir.
Bu gün qalanan tonqallar ayrı-ayrı insanların, ailələrin, nəsillərin xalqı əmin-amanlığa, birliyə çağırışıdır.
Azərbaycan Yüksəliş Partiyası xalqımızı Torpaq çərşənbəsi münasibətilə təbrik edir.