Görkəmli düşüncə adamı, şair, yazıçı, sosioloq və siyasətçi “Türkçülüyün Əsasları” əsərinin müəllifi Ziya Gökalpın doğum günüdür.
Ziya Gökalp gənc yaşlarından ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştrak edib. O, gizli təşkilat qurmaq, icazəsiz toplantılarda iştirak etmək, qadağan olunmuş ədəbiyyatları oxumaq kimi ittihamlarla bir müddət məhbus həyatı yaşayıb.
Buna baxmayaraq, yaradıcılığını coşğunluqla davam etdirib və siyasi fəaliyyətində bir an belə tərəddüd etməyib. Turan ideologiyasına inanıb və onun tarixi əsaslarının işlənib ortaya qoyulmasında əlindən gələni əsirgəməyib. Onun 1914-cü ildə nəşr etdirdiyi kitabının adı “Qızıl Alma”, kitabın ilk şeirinin adı isə “Turan” idi.
Gökalp sosiologiya və ideologiya sahəsində 1918-ci ildə qələmə aldığı, məşhur trilogiyanın fəlsəfəsindən bəhs edən “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” əsəri ilə tanınır.
Ziya Gokalp türkçü və milliyətçi fəaliyyətindən dolayı 1919-cu ildə Çar Rusiyası tərəfindən Malta adasına sürgünə göndərilir, 1921-ci ildə Sovet Rusiyası özünə dəstək qüvvə toplamaq məqsədilə onu geri qaytarır. Ancaq Gökalp özünün türkçü fəaliyyətinə eyni şövqlə davam edir. Bu fəaliyyətinin ən uca zirvəsi 1923-cü ildə yazdığı “Türkçülüyün Əsasları” kitabıdır. Bu əsərdən dolayı Ziya Gökalpa “Türkçülüyün fikir atası” da deyilir.
Azərbaycan Yüksəliş Partiyası Ziya Gökalpın əziz xatirəsini ehtiramla yad edir.