Hörmətli Şöhrət bəy!
Sizi, doğum gününüz - 50 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.
Müstəqil Azərbaycan mətbuatında özünəməxsus yeri və imzası olan bir jurnalist kimi tanınırsınız. Hələ gənc yaşlarınızdan əməkdaşlıq etdiyiniz müxtəlif media orqanlarında peşəkarlığınızla diqqət çəkərək, hazırladığınız analitik yazılar, baxımlı süjet və verilişlərlə öz sözünüzü demisiniz. Hazırda rəhbərlik etdiyiniz İnternet Televiziyasında da bu ənənəni davam etdirirsiniz.
Sizi bir daha təbrik edir, daha böyük uğurlar arzulayıram.
Dərin hörmətlə,
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı