91-ci ildən 97-ci ilə qədər hərbi qulluqçu olmuş vətəndaşlarımız niyə sığorta haqlarını hələ də ala bilmirlər?
Avropada əhalisi ən gənc ölkə olan Azərbaycanda pensiya yaşı niyə 65-dir?
Hökumət sığorta stajını niyə 12 ildən 25 ilə qaldırıb?
Pensiya yaşının keyfini yaşamaq standartına görə ölkəmizi reytinqdə Türkmənistan və Tacikistana qonşu edən səbəblər nədir?
Dəyərli hüquqşünas Xalid Bağırovun Azərbaycan Yüksəliş Partiyasının rəhbər şəxslərinə dövlətin sosial siyasətinin əsasını təşkil edən Sosial Təminat məsələlərinə dair ölkəmizdə son 30 ildə baş verənlər, qanunvericilik bazası, onun necə işləməsi,
baş verən dəyişikliklər, bu sahədə yaranan ciddi boşluqlar, nöqsanlar, çatışmazlıq, bunların səbəb və nəticələri barədə çox əhatəli ikinci treninqi keçirilib.